Ermənistan Azərbaycana "zəmanət institutu yaratmağı" təklif edib


Ermənistan Azərbaycana sülh müqaviləsinin mətnində zəmanətlər institutunun təsbit edilməsini təklif edib.


AFN.az-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün, dekabrın 22-də parlamentdə keçirdiyi brifinqdə belə deyib.
Onun sözlərinə görə, erməni tərəfi beynəlxalq təşkilatların və ya müxtəlif ölkələrin sülh müqaviləsinin müddəalarının yerinə yetirilməsinin təminatçısı kimi çıxış etməsini təklif edir.
“Bu qurumun vəzifəsi müqavilənin icrasını təmin etməkdir. Bundan başqa, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün mexanizm yaratmağı da təklif etdik” - deyə Qriqoryan bildirib. O, iddia edib ki, bu təklif guya Azərbaycanın müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı gündəmə gəlib. Təklifdə Qarabağla bağlı həll yoluna gəlinə biləcək bəndin olub-olmadığını suala Qriqoryan "Bu danışıqlar məsələsidir" cavabını verib.
Xatırladaq ki, rəsmi İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-nə planlaşdırılan görüşünün təxirə salınmasını təklif edib.
“Ermənistan tərəfinin Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində konstruktivliyinin əlaməti olaraq görüşün şəraitindən asılı olmayaraq, Ermənistan tərəfinin münasibətlərin normallaşdırılmasına dair sənədlə bağlı yeni təklifləri Azərbaycana təqdim edilib”-Ermənistan XİN-in açıqlamasında belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu