Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir - Elxan Şükürlü


Prezident İlham Əliyev bu gün Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə təyin edib.


AFN.az xəbər verir ki, Naxçıvandan olan jurnalist Elxan Şükürlü F.Nəcəfli ilə bağlı məlumat verib. O, bildirib ki, F.Nəcəfli Kolanı kənd məktəbinin layiqli yetirmələrindəndir: "Çox gözəl, olduqca tərbiyəli bir ailədə doğulub, böyüyüb; təmiz və dürüst, hər hansı siyasi oyunlarda iştirak etməyən, adı hər hansı rüşvət və korrupsiya qalmaqllarında hallanmayan yüksək ixtisaslı bacarıqlı kadrdır. Zəngin daxili mədəniyyəti, kübar davranışlarıyla həmişə seçilib, fərqlənib.
Əminəm ki, Fuad Nəcəfli ona göstərilən bu yüksək etimadı layiqincə doğruldaraq, həmişəki nümunəvi davranışları, xalqa canıyananlığı, şəffaf və dürüst fəaliyyəti ilə dogma kəndimiz Kolanının, rayonumuz Şahbuzun və bütövlükdə Naxçıvanın əzəmətli adına hörmət gətirən parlaq simalardan biri olacaq.
Bu təyinat cəmiyyətə həm də o mesajdır ki, Azərbaycan dövlətçiliyinin beşiyi sayılan Naxçıvanımızın onun həmişəki əzəmətli və qüdrətli adını batıran idbar sifətlilərdən, mafiyalaşmış tayfa-klan sistemindən də, nəhayət ki, birdəfəlik qurtulması prosesinə başlanacaq.
Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir. O, yaxşı anlayır ki, xalqa yaxın olduqca, xalq da dağ olub onun arxasında duracaq, onu bütün çətinliklərdən və təzyiqlərdən qoruyacaq!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu