"Erməni müxalifəti Bakının ən böyük arzularından birini həyata keçirdi”- erməni deputatı


“Bu gün Ermənistan müxalifəti Azərbaycan hərbi-siyasi elitasının ən böyük arzularından birini həyata keçirib”.


AFN.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında hakim “Vətəndaş sazişi” partiyasından deputat Vladimir Vardanyan bildirib.

Erməni deputat həmin cümləni əl çalaraq söyləyib. Vladimir Vardanyan uşaqlığından bir anı da xatırladıb.

“Biz uşaq vaxtı dalaşanda, dava edəndə nənəm həmişə deyirdi: uşaqlar, düşmənlərimizi bununla sevindirməyin. Bir müddət sonra Azərbaycan prezidentinin masasının üstündə sənəd görünəcək. Orada xüsusilə yazılacaq: “Ermənilər bir-birini günahlandırırlar. Bir-birini yeyirlər. Aralarında parçalanma yarandı. Bunu siz edirsiniz”, - deyə hakim partiyanın nümayəndəsi qeyd edib.

Vardanyan daha sonra müxalifətçi deputatlara üz tutub.

"Maraqlıdır, siz nə etdiniz? Günlərlə, hətta aylarla işə gəlmirsiz. Burada görünmürsüz. İnsanların boğazına bir tikə çörək də düşmür. Siz hər şeydə məmurları günahlandırırsınız. Bəli, biz günahkarıq. Hamımız günahkarıq. Heç olmasa kimsə sizə sual versin: “Niyə bu 30 ildə Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini qaldırmamısınız? Heç olmasa gündəmə gətirəydiniz”, - deyə erməni siyasətçi söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu