Yer kürəsində kütləvi məhv baş verəcək
İqlim dəyişikliyi və Yer kürəsində planetin təbii ehtiyatlarının nəhəng istismarı nəticəsində canlı növlərinin kütləvi məhvi yaxın gələcəkdə baş verə bilər.
AFN.az xəbər verir ki, bu barədə xarici mətbuatda avstraliyalı və avropalı alimləri məlumat verib.
Superkompüterin köməyi ilə Yer kürəsində 15 mindən çox qida zəncirinin modeli yaradılıb. Təhlil göstərib ki, ən pis ssenaridə 2050-ci ilə qədər bütün heyvan və bitki növlərinin 10 %-ə qədəri, 2100-cü ilə qədər isə 27 %-ə qədəri yox olacaq.
limlər nəsli tükənmənin əsas səbəbləri kimi qlobal istiləşmə və insan fəaliyyətinə işarə edirlər.
Tədqiqatçılar bu prosesləri qiymətləndirmək üçün əvvəlki yanaşmaların səhv olduğunu, növlərin qarşılıqlı əlaqəsi ilə bağlı birgə məhvi nəzərə almadıqlarını qeyd ediblər. Belə ki, müəyyən bir yırtıcı növü üçün ov olan heyvanların kütləvi şəkildə məhv olması onun ölümünə də səbəb olacaq.
Yeni nəticələr elm adamlarının əvvəllər düşündüyündən daha pessimistdir.
Bioloqlar həmçinin həşəratların nəslinin kəsilməsinin hər il 400 mindən çox insanın ölümünə səbəb olduğunu müəyyən ediblər. Harvard Çan İctimai Səhiyyə Məktəbinin alimləri tozlandırıcıların yoxa çıxması meyvə, tərəvəz və qoz-fındıq məhsuldarlığının 3 %-dən 5 %-ə qədər azalmasına və ürək xəstəlikləri, insult, diabet və xərçəngin bəzi növləri də daxil olmaqla müşayiət edən xəstəliklər səbəbindən 427 000 artıq ölümə səbəb olduğunu təsbit edib.