Kılıçdaroğlu İmamoğluna görə Almaniya səfərini yarımçıq qoyub ölkəyə döndü
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu haqda 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə qərarının çıxarılmasından sonra CHP lideri Kılıçdaroğlu Almaniya səfərini yarıda qoyub Türkiyəyə qayıdır.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu 14-17 dekabr tarixləri arasında Almaniyada keçirəcəyi proqramlara qatılmaq üçün bu gün səhər saatlarında Berlinə gedib. Ə.İmamoğlunun YSK üzvlərini təhqir etdiyi iddiası ilə mühakimə olunduğu iş üzrə hökm çıxarıldıqdan sonra isə o, səfərini yarımçıq qoyaraq özəl təyyarə ilə Türkiyəyə qayıdır.