Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu görüşdülər
Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlunu partiya qərargahında ziyarət edib.
AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, Davudoğlu, Gələcək Partiyasının ev sahibliyi ilə yanvarın 5-də keçirilməsi planlaşdırılan Altılı Masanın toplantısından əvvəl Kılıçdaroğlu ilə görüşüb. Bağlı qapılar arxasında keçirilən görüş 2 saata yaxın davam edib.
Davudoğlu, yığıncaqdan əvvəl medianın "CHP ilə İYİ Partiya arasındakı polemikanın masanın dörd üzvünü narahat etdiyinə dair açıqlamalar var. Qiymətləndirməniz necədir?" sualına “Yanvarın 5-də birlikdə qiymətləndirmə aparacağıq” cavabını verib.