Əkrəm başqanı heç kimə yedirtməyəcəyik - Kamal Kılıçdaroğludan sərt bəyanat


Türkiyənin müxalifət partiyası olan CHP lideri Kamal Kılıçdaroğlu İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı açıqlama verib. İmamoğlunun hesab verəcəyi yeganə qüvvənin 16 milyonluq istanbul sakinləri olduğunu deyən CHP lideri ictimaiyyətə müraciət edib. O, CHP bələdiyyələrinin heç bir ayrı-seçkilik etmədən hər kəsə xidmət etdiyini, bunu həm əxlaqın, həm də ədalətin tələb etdiyini bildirib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu, əqidə yoldaşlarına seçkidən əvvəl həmişə böhtan atıldığını deyib: "Xalqı sevən, xalqı üçün çalışan bələdiyyə sədrlərimizi həzm edə bilmirlər. Bələdiyyə başçılarının qarşısında əngəllər qoyurlar. İmkan verin vəzifələrini yerinə yetirsinlər. Seçkidən əvvəl bələdiyyə başqanı yoldaşlarıma demişdim: Seçildiyiniz andan CHP nişanınızı götürün, indi bütün şəhərin bələdiyyə sədrisiniz. Vətəndaşlarınız arasında heç bir ayrı-seçkilik etməyin. Ayrı-seçkilik edəcəksinizsə, yəni müsbət ayrı-seçkilik edəcəksinizsə, kasıb məhəllələrdən başlayın. Xüsusilə kasıb məhəllələrə diqqət yetirin”.

Əkrəm İmamoğlunun 150 gündə 190 layihə həyata keçirdiyini vurğulayan Kılıçdaroğlu sözlərini belə davam etdirib: "Əkrəm İmamoğlu tikintisi dayanan bütün metro inşaatlarını yenidən başladıb. Esenyurt istiqamətində yeni metro xətlərinə başlayır. İndi də onun qarşısını almağa çalışırlar. Bütün çabaları "İstanbul Böyükşəhər Bələdiyyə sədrini necə vəzifədən azad edək?" sualı üzərindədir. Heç kim unutmasın: Əkrəm başqanı heç kimə yedirtməyəcəyik. Seçki ilə gələnlərin seçki ilə getməyəcəyini görürlər. Onlar bilirlər ki, başqan növbəti seçkilərdə daha çox səs alacaq. Ona görə məhkəmədən təzyiq kimi istifadə edirlər. O prokuror və hakimlərə səslənirəm: Bilirəm ki, heç birinizdə ədalət hissi yoxdur. Ədalət və vicdanı olmayanın o kresloda oturmaq üçün nə haqqı var, nə də səlahiyyəti".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu