Baydenin müşaviri iranlı məhbusların ailələri ilə görüşüb


Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İran hökuməti tərəfindən həbs edilmiş etiraz aksiyası iştirakçılarının ailələri ilə əlaqə saxlayıb.


AFN.az-ın məlumatına görə, Sallivan bu barədə keçirdiyi brifinqdə açıqlama verib. O, həbslərin davam etdirməsini pisləyərək deyib: “Namazilər ailəsi ilə görüşmək imkanım oldu. Murad Tahbazın ailəsi ilə tanış olmaq fürsətim olub və yaxın bir neçə gün ərzində Emad Şərqinin ailəsi ilə tanış olmaq imkanım olacaq. Buna görə də Zoom proqramı, üz-üzə görüşlər və telefon danışıqları vasitəsilə mən İranda ailə üzvlərinin ədalətsiz və qanunsuz həbsindən şəxsən hiddətlənən bir çox insanlarla əlaqə saxladım. Bu, mənim milli təhlükəsizlik müşaviri kimi əlaqəli olduğum məsələdir. Mən onlarla, hətta yüzlərlə saatlarımı bu işlərə sərf etmişəm, bu ailələrlə görüşmüşəm və bu işi yenə davam etdirəcəm”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu