Belə məzmunsuz yanaşmalar ölkədə müxaliflik institutuna ziyan vurur - Natiq Cəfərli


Dünyada 15-20 ildən çoxdur ki, ekoloji məsələlər gündəmin ilk yerlərindən birini tutur, istisnasız olaraq bütün ölkələr bu məsələdən öz maraqları çərçivəsində istifadə ediblər. Yəni, çox önəmli, dünya üçün həyati məsələ olan ekoloji problemlərin dövlətlər tərəfindən öz istəkləri çərçivəsində istifadə etdiklərini görmüşük. Bu mənada, Azərbaycan hökumətinin ekoloji məsələləri önə çəkib Laçın yolunu bağlaması, bu yolla Rusiyaya və Kremlin bəslədiyi Xankəndindəki qondarma rejimə təzyiq etməsi çox doğru yanaşmadır, hətta məndən olsa ,pul xərcləyib ora Greta Thunbergi də gətizdirərdim – bəzən dünya ilə onların anladığı dildə danışmaq lazımdır.


AFN.az xəbər verir ki, bunu REAL-ın sədr müavini Natiq Cəfərli bildirib. N.Cəfərli Laçın yolunda keçirilən aksiya ilə bağlı səslənən mübahisəli fikirlərə də toxunub: "Gələk bizim bəzi “sektor uşaqlarının” dünəndən bəri məqsədi aydın olan davranışlara münasibətinə: bəziləri bəlli həqiqəqətləri görməzdən gəlib ağıllı sifətlə deyib-yazıb mənasız sullar verirlər ki, bəs Bakıda, digər rayonlarda, şəhərlərdə niyə aksiya keçirməyə hökumət icazə vermir – indi güya, ağıllı söz danışırlar, cavabını bilmirlər ki?! Ölkədə avtoritar, sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran sistemdir - dünən biliblər bunu?! Və ya, ağıllı görkəmlə sual qoyurlar ki, ölkənin digər mədənlərində, yerlərində ekoloji problemlər yoxdurmu ki, ancaq Qarabağda ekoloji məsələni önə çəkirlər?! Nə tip adamlarsız siz, bilmirsiz ki, bu aksiya bir tək ekoloji məsələ deyil, dünyada olan ekoloji trenddən doğru olaraq istifadə etmək cəhdidir?! Bunu anlamaq üçün kiçicik ağıl bəs edər axı, elə deyil?! Sifətlərinə intellekt qırıntıları bulaşdırmağa cəhd edərək iddia edirlər ki, bəs bu aksiyanı hökumət təşkil edib – sabahınız xeyir, başqa nə var-nə yox, kim bilmirdi ki, bunu?! Və ya “Polişinel sirrini” elan edib deyirlər ki, bəs ölkənin resurları, təbii sərvətləri elə hakimiyyətdə olanlara məxsusdur da – gör e, necə dərin, heç kəsin bilmədiyi məsələnin üstünü açıblar.
Mən niyə məsələyə bu yöndən baxmağa çalışdım, onu da deyim: bəzilərinin belə məzmunsuz yanaşmaları ölkədə müxaliflik institutuna ziyan vurur, zatən yarıcan olan müxalifətçiliyi nüfuzdan, gözdən salır, xalqın nəbzini tuta bilməmək bir qırağa, millətin siyasi proseslərdən uzaq qalmasına səbəb olurlar, nəticədə ölkədə avtoritarizm daha da güclənir – bu sadə həqiqəti belə görə bilmirlər".
Ekspert qeyd edib ki, son günlər davam edən proseslərin məqsədi məhz Rusiyanın, onların “rusməramlı” qüvvələrinin torpaqlarımızda əl-ayağını yığmağa hesablanıb: "Bu məqsədə xidmət edəcək hər bir, həm də ekoloji problemləri qapartmaqla atlan addımlar dəstəyə layiqdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu