Xoşqədəmin verilişinə çıxan qadının ailəsində FACİƏ...
Daşkəsəndə 14 yaşlı oğlan intihara cəhd edib.
Dekabrın 11-i, saat 20 radələrində Daşkəsən şəhərində yaşayan 2008-ci il təvəllüdlü İsmət Ağayev (ad və soyad şərtidir) özünü evdə asıb. Anasının hadisəni vaxtında görməsi nəticəsində yeniyetmə xilas edilərək xəstəxanaya çatdırılıb. İ.Ağayevə Daşkəsən Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İntihara cəhd edən yeniyetmə ilkin ifadəsində bildirib ki, bir müddətdir ata nənəsi Kifayət Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə çıxaraq ailədaxili məsələləri müzakirəyə çıxarıb. O, keçmiş gəlini və nəvəsi haqqında müxtəlif fikirlər irəli sürüb, uşaqların oğlundan deyil, başqa şəxsdən olduğunu iddia edərək DNT testinin keçirilməsini və keçmiş gəlininə verilən alimentin dayandırılmasını tələb edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qafqazinfo