Əhali yeni il süfrəsinə planlaşdırılan xərclərdən danışıb


Rusiya mediası “Romir” tədqiqat agentliyinin apardığı sorqunun nəticələrindən yazıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, sorğu rusiyalıların yarısından çoxunin Yeni il süfrəsində 5 min rubldan çox pul xərcləməyə hazır olmadığını ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, ölkə əhalisinin 59 faizi ziyafət üçün büdcəsini 5 min rublla məhdudlaşdırmaq niyyətindədir. Respondentlərin 8 faizi 10 min rubla yaxın bir məbləğ ayırmağa hazır olduqlarını bildirib. Onların yalnız 3 faizi Yeni il süfrəsinin təşkilinə 15 min rubldan çox pul xərcləməyi planlaşdırır. Həmçinin bəlli olub ki, ən təvazökar məbləği xərcləməyə qərar verənlər arasında gənclər üstünlük təşkil edir. "5 min rubla qədər" seçiminə səs verənlərin 73 faizini məhz gənc nəsil təşkil edib. 15.000 rubldan çox pul xərcləmək istəyənlər kateqoriyasına əsasən 35-44 yaş arası insanlar daxildir. Eyni zamanda, yaşı 45 ilə 59 arasında olan insanlar Yeni il süfrəsi üçün 5 ilə 10 min rubl arasında pul ayırmağı planlaşdırdıqlarını bildirblər. 25 yaşdan 34 yaşa qədər olan rusların əksəriyyətinin 10-15 min rubl məbləğində pul xərcləməyə hazırlaşdığı bildirilir. Əvvəllki illərdə keçirilən rəy sorğularında ruslar Yeni il üçün ən çox arzulanan hədiyyələri sadalayırdılar. Bu il isə daha ucuz hədiyyələrin adı çəkilib. Kişilərin daha təvazökar hədiyyələr nəzərdə tutduqlarına baxmayaraq, sorğuda iştirak edən qadınların əksəriyyəti hədiyyə olaraq bahalı zinət əşyaları və yeni iPhone modeli almaq istədiklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu