Podolyak: Putin əsl üzünü göstərdi


Ukraynanın prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak Rusiya prezidenti Vladimir Putinin işğalçılıq müharibəsindəki nailiyyətlərlə bağlı bəyanatını şərh edib.


AFN-az UNİAN-a istinadən xəbər verir ki, Podolyak öz “Tvitter” səhifəsində yazaraq Rusiya Federasiyasının əvvəllər səsləndirdiyi müharibə məqsədlərini unutmağa çağırıb, çünki Putin artıq əsl məqsədini - Ukraynanın işğalını gizlətmir. Onun sözlərinə görə, Rusiya yeni ərazilər zəbt etmək üçün soyqırımlı işğalçılıq müharibəsi aparır: "Maskalar atıldı. NATO təxribatlarını, "denazifikasiyanı" və digər bəhanə və səbəbləri unudun. Putin bütün dünyaya bəlli olanı təsdiqlədi, Rusiya yeni ərazilər zəbt etmək üçün soyqırımlı işğal müharibəsi aparır, çünki I Pyotr belə vəsiyyət edib”.
Podolyok xatırladıb ki, Ukraynaya genişmiqyaslı işğalın əvvəlində Rusiya “üç günə Kiyevi” alacaqlarını bəyan etdi. Müharibənin ilk aylarında Rusiya təbliğatı Ukraynaya hücumu “demilitarizasiya” və “denazifikasiya” ilə izah edirdi. Sonradan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında hazırda yüzlərlə təriqətin fəaliyyət göstərdiyi iddia edilən Ukraynanın “desatanizasiyası” haqqında danışmağa başladılar.
Qeyd edək ki, dekabrın 7-də Rusiya lideri “yeni ərazilərin yaranması”nı Ukraynaya qarşı başlayan müharibənin “əhəmiyyətli nəticəsi” adlandırıb. Putin həmçinin bildirib ki, Azov dənizi Rusiya Federasiyasının daxili su hövzəsinə çevrilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu