ABŞ Rusiyanı G 20-dən çıxarmağa çalışır


Rusiya KİV-lərində ABŞ hakimiyyəti Rusiyanı bəzi beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən xaric edilməsinə çalışdığı barədə məlrumatlar yayılıb.


AFN.az-ın xəbərinə görə, ABŞ hərbi departamentinin saytında dərc olunan sənədə istinadən xəbər verilir ki, Konqresin hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılan bənd ABŞ-ın müdafiə büdcəsi layihəsinə daxil edilib. Layihə mətnində Rusiya dövlət işçilərinin G20-dən, Bank Nəzarəti üzrə Bazel Komitəsindən, Maliyyə Sabitliyi Şurasından, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasından xaric edilməsi nəzərdə tutulur və eyni zamanda, bu siyasətin təşviqi üçün zəruri olan addımların atılması tələb edilir.
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsində Rusiya ilə raketdən müdafiə sistemləri (ABM) haqqında məlumat mübadiləsinə daimi qadağa qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu