Putin pilləkənlərdən yıxıldı- ŞOK
Rusiya Prezidenti Vladimir Putin evində pilləkənlərdən yıxılıb.
Bu barədə "Daily Mail" xəbər verib. Məlumatı Rusiya liderinin mühafizəçiləri ilə əlaqəsi olduğunu iddia edən General SVR Telegram kanalı yayıb.
Bildirilir ki, mədə-bağırsaq traktının xərçəngindən əziyyət çəkən və Ukraynada müharibə başladıqdan sonra səhhəti nəzərəçarpacaq dərəcədə pisləşən 70 yaşlı Rusiya lideri çərşənbə günü axşam Moskvadakı evində pilləkənlərdən üzüaşağı sürüşərək yıxılıb.
Kanalın məlumatına görə, Putin kəskin zərbə alıb.
“Hadisə prezidentin mühafizəçilərinin gözü qarşısında baş verib, onlar cəld reaksiya verib və Putinin köməyinə qaçıblar. Üç təhlükəsizlik işçisi prezidentə yaxındakı divanda əyləşməsi kömək edib və iqamətgaha növbətçi həkimləri çağırıb. Həkimlər bir neçə dəqiqə ərzində gəliblər, lakin prezidenti dərhal müayinə edə bilməyiblər - Bu, onun mədə-bağırsaq traktının onkologiyasından əziyyət çəkməsi, nəticədə həzmlə bağlı ciddi problemlər yaşaması ilə bağlıdır" - kanal yazır.
Daha sonra deyilir: “Tam müayinədən sonra döş sümüyünün və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. Heç bir kritik diaqnoz qoyulmayıb və göyərmə isə ağrıkəsici məlhəmlərlə müalicə olunub".
General SVR-in məlumatında qeyd olunub ki, prezidentin yıxılmasına nəyin səbəb olduğu ilə bağlı araşdırma aparılmalıdır:
“O, hətta evdə də sürüşməyə qarşı xüsusi ayaqqabı geyinir və iqamətgahdakı pilləkənlər təhlükəsiz sayılır. Məlum olduğu kimi, sinirlər təhlükə altında olduqda bütün ehtiyat tədbirləri mənasızdır".
Bu xəbərlərə baxmayaraq, Putin ertəsi gün Moskvada laboratoriyanı gəzərkən çəkilən görüntülərdə heç bir aşkar zədə əlaməti hiss olunmayıb.
Qeyd edək ki, General SVR müharibə başlayandan bəri Putinin səhhəti ilə bağlı məlumatlar dərc etsə də, iddialarını gücləndirmək üçün heç bir sübut və ya onun mühafizəçiləri ilə əlaqələri olduğuna dair bir fakt təqdim etməyib.
Musavat.com