Putin Qərbyönümlü Paşinyanın öz əliylə sülh danışıqlarını Qərb platformasından çıxardı - ŞƏRH
Okyabrın 31-də Soçidə Putinin vasitəçiliyi ilə Əliyevlə Paşinyan arasında keçirilən görüşdə əldə edilən pərdəarxası razılaşmaların səsi artıq çıxmağa başlayıb: Brüsselin vasitəçiliyi ilə dekabrın 7-ə planlaşdırılan Əliyev-Paşinyan görüşü baş tutmayacaq!
AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. Onun sözlərinə görə, bu, elə Rusiyanın istəyidir: "Ermənistan və Azərbaycan Qərb platformasından imtina etsin, sülh danışıqlarını yalnız Kremlin vasitəçiliyi ilə aparsın. Bu gün ADA-da keçirilən tədbirdə çıxış edən prezident İlham Əliyevin açıqlamalarından məlum olur ki, Brüssel görüşünün pozulmasına ilk cəhd elə Paşinyandan gəlib. O, yalnız Fransa prezidenti Makronun da qatılacağı təqdirdə 7 dekabr görüşündə iştirak edəcəyini deyib, Azərbaycan da buna razılaşmayıb. Beləliklə, Putin Qərbyönümlü Paşinyanın öz əliylə sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinin qarşısını almağa müvəffəq olur".