Tahir Kərimli: "Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə heykəl qoyulmalıdır"
"Azərbaycanda vətənpərvərliyi inkişaf etdirmək, dövlətçiliyi ənənələrimizi artırmaqdan ötrü Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə heykəl qoyulmalıdır".
AFN.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxış edib.
“Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin 2500 illiyi keçirilsin. Yeni Şamaxı Ağsu sayılır. Cənab Prezident onu qorumaq üçün vəsait ayırdı. Köhnə Şamaxıda ən azı dörd qat layda mədəniyyət abidələri var. Oranı qoruq elan etmək lazımdır. Bu istiqamətdə hökumətdən yardım gözləyirəm”, - T.Kərimli vurğulayıb.