Bakıda "parkovşik"lərin yer üstündə davası: Biri digərini qapazladı - ANBAAN VİDEO


Bakıda "parkovşik" kimi fəaliyyət göstərən şəxslər arasında dava olub.



BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Bakı kinoteatrının qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Qasımov Anar Əlizadə oğlu redaksiyamıza bildirib ki, ərazidə "parkovşik" fəaliyyəti ilə məşğul olarkən əvvəllər həmin yerdə eyni işi görmüş Məmmədağa Bəşir oğlu tərəfindən döyülüb. Adıçəkilən şəxs ona zərbə endirərək ərazidən uzaqlaşıb. Qasımov Anar bildirib ki, Məmmədağa Bəşir oğlu onun "çörək pulu" qazanmasına hər vəchlə mane olub.

Hadisədən sonra Qasımov Anar ərazidə yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu