Türkiyə səfiri: "Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq"


“Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq”.


Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

“İstanbulda törədilən xain bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.

Başımız sağ olsun. Güclü Türkiyədə əməliyyat keçirənlər bilsin - uğur qazana bilməyəcəksiniz”, - səfir vurğulayıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu