“Caliber” ermənilərin dəhliz vahiməsi ilə çulğalaşan soyqırımı sevgisi barədə - VİDEO


Erməni cəmiyyətinin sözə həddindən artıq önəm verdiyi, onun mahiyyətini isə arxa plana atdığı artıq çoxdan məlumdur. Ermənilər üçün forma çox vaxt məzmundan daha vacibdir.



Bu barədə “Caliber” layihəsinin yutub kanalında yayımlanan növbəti təhlildə deyilir.

Müəllif sadə bir misal gətirir:

“Birinci Dünya Müharibəsinin erməni faciəsi, türk xalqının paralel faciəsi kimi, vətəndaş müharibəsinin iki xalqa gətirdiyi insan itkilərinin miqyasına baxmayaraq, soyqırımı deyil və hüquqi baxımdan da heç vaxt olmayacaq. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə qərarında aydın şəkildə göstərilib ki, soyqırımı cinayətdir, lakin çox məhdud kriteriyalara görə bu faktı müəyyən etmək son dərəcə çətindir. Qərarda həmçinin bir sıra inandırıcı arqumentlər təqdim edilir ki, nəyə görə “erməni soyqırımı” hekayəsi fakt hesab olunmur. Bu, hər hansı bir şəxsi rəydir ki, buna da istənilən şəxsin haqqı var. Ən azı beş yüz milyon dəfə “erməni soyqırımı” ifadəsini tələffüz etmək, bir milyard məqalə və bir trilyon monoqrafiya dərc etmək olar. Lakin bununla o, doğrudan da, soyqırımı olmayacaq”.

Daha ətraflı videoda:

[media=https://baku.ws/uploads/posts/2022-11/1667480082_caliber.jpg]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu