“Erməni soyqırımı” Fransada matəm günü elan olundu




Aprelin 24-də Fransada milli “erməni soyqırımı qurbanları”nın xatirə günü qeyd olunacaq.

Virtualaz.org “Euronews”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron Erməni təşkilatları koordinasiya şurasının illik şam yeməyində bildirib.

“Fransa 1915-ci ildən bəri soyqırımı olduğu kimi – bəşəriyyətə, sivilizasiyaya qarşı cinayət adlandırır. Erməni soyqırımı bizim yaddaşımızın bir hissəsi olduğu üçün onun xatirəsi respublikamızda yad edilməlidir”, - fransız lider öz qərarını belə izah edib və bu qərar rəsmi Ankara tərəfindən ittiham olunub.



Türkiyə hakimiyyəti Makronu tarixi hadisələri siyasi alətə çevirməklə ölkəsindəki problemləri həll etmək cəhdində ittiham edib.

“Erməni soyqırımı” rəsmi olaraq 23 dövlət tərəfindən tanınıb. Avropada ən böyük erməni icmasının yaşadığı Fransa bu siyahıya 2001-ci ildə daxil olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu