Baş Prokurorluqdan Kəramətlə bağlı açıqlama


Baş Prokurorluq Kəramət Böyükçölün İstintaq idarəsinə çağırılması məlumatı ilə bağlı açıqlama yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən AFN.az-a daxil olan məlumatda deyilir:


"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu