Putinlə bağlı qərarı İrəvan və Bakı verməlidir - ABŞ
ABŞ Ermənistan və Azərbaycan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırıb.
AFN xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Nəhayət, Ermənistan və Azərbaycan Prezident Putinin dəvətinin bu davamlı sülhə nail olmaqda onlara faydalı olub-olmayacağına qərar verməlidir”, - o bildirib.
Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf təbliğat xarakteri daşıması ilə bağlı təkrar bəyanatlarını şərh edən Prays qeyd edib ki, Amerika buna etiraz edir:
“Burada yeganə məqsədimiz bu ölkələrin hərtərəfli və davamlı sülh yolunda birgə işləməsini görmək və onlara kömək etmək və nəticədə insanların həyatını xilas etməkdir. Başa düşmürəm, burda nəyi özünüreklam hesab etmək olar?”