Ərdoğan: "Azərbaycan-Türkiyə-Qazaxıstan platformasından ciddi nəticələr gözləyirik"


"Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik".


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada bu ölkənin Prezidenti Kasım-Jomərt Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müzakirələrimiz zamanı həm də regional əlaqələr barədə danışdıq. Keçən il Türk Dövlətləri Təşkilatı yaratmağımızdan məmnunam. Gələn ay Özbəkistanda keçiriləcək zirvə toplantısı əlaqələrimizi daha da gücləndirəcək”, - o bildirib.

Qeyd edək ki, bu il iyunun 27-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Beləliklə, Bakı-Ankara-Astana üçtərəfli platformanın əsasə qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu