Lisey və gimnaziyalara qəbul şərtləri dəyişdi


Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.


AFN.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq. Həmçinin tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq. Lisey və gimnaziyalara qəbul prosesi təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq. Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.
Qeyd edək ki, artıq bir neçə ildir lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir, sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər. Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyaya qəbul imtahanlarında iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib, onlardan 2638 nəfəri uğur qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu