Markov: “Gəncənin atəşə tutulmasında günahkar olanlar məhkəmə qarşısında cavab verməlidir”


“Gəncənin atəşə tutulmasına görə məsuliyyət daşıyanlar gələcəkdə məhkəmə qarşısına çıxarıla bilərlər. Lakin bunun üçün Ermənistanın siyasi sistemində və bu məsələlərə yanaşmalarında köklü dəyişikliklər baş verməlidir. İndiyədək Xocalıda törədilən qırğına və dinc əhaliyə qarşı törədilən digər cinayətlərə görə heç kəs məsuliyyətə cəlb olunmayıb”.


Bunu “Report”un yerli bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Politoloq deyib ki, erməni tərəfi rəqiblərə qarşı terror üsullarından istifadə olunduğu əvvəlki siyasətini davam etdirir: “Bu, Ermənistan dövlətində hakim ideologiya olan ultra-millətçilikdir. Ermənistan monoetnik əhaliyə malik olan azsaylı ölkələrdən biridir. Görünür, bu, özünü digər xalqlara və dövlətlərə münasibətdə göstərir”.

Markovun fikrincə, bunun üçün müəyyən vaxt lazımdır və ən əsası Ermənistan cəmiyyəti belə dəyişikliyə ehtiyac duymalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu