Rusiyalı ekspert: “Ermənistanın dinc əhalini atəşə tutması terror aktlarının təzahürüdür”


“Bərdədən Qarabağa qədər böyük məsafə var. Bura müharibə bölgəsindən çox uzaqdır. Dinc əhalinin atəşə tutulması, təbii ki, vəhşilikdir və terror aktlarının təzahürü, hərbi cinayət kimi qiymətləndirilə bilər”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın dinc şəhərlərini atəşə tutarkən əsas məqsədi cavab atəşi almaq və Rusiyanı münaqişəyə cəlb etməkdir:
“Paşinyanın məqsədi tam aydındır. O, Rusiyanı KTMT və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli razılaşmaların mexanizmlərini işə salmağa məcbur etmək və Rusiyanın Ermənistana əhəmiyyətli dəstək verməsini təmin etmək istəyir. Düşünürəm ki, cinayətkarlar aşağıdakı şəkildə məsuliyyətə cəlb oluna bilər: Azərbaycan və müttəfiqləri birlikdə bu məsələni qaldırmalı və onu BMT Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmalıdırlar”.

Xatırladaq ki, Ermənistanın Bərdəyə raket atması nəticəsində 21 nəfər ölüb, 70 şəxs yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu