Kiyevli qız təsadüfən bombardman anını çəkdi – VİDEO
Oktyabrın 10-da səhər saatlarında Kiyev Rusiya qoşunları tərəfindən ağır bombardmana məruz qalıb.
AFN xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər paylaşılır.
Belə kadrların birində paytaxt sakini olan qızın canlı yayım zamanı təsadüfən bombardman anını çəkməsi əks olunub.
Qeyd edək ki, Kiyevdən başqa Dnepr, Lvov və başqa şəhərlərdən də partlayışlar barədə xəbərlər gəlir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bombardmanlar nəticəsində ölən və yaralananların olduğunu bildirir.
Kiyevdə metronun qırmızı xətti ilə qatarların hərəkəti dayandırılıb, bütün metro stansiyaları vətəndaşlar üçün sığınacaq kimi işləyir.