FIFA Mahir Emrelini cəzalandırıb


FIFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.


Bu barədə onun sabiq klubu olan Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiay"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu