Deputatlar AzTV-yə qarşı

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) sərt tənqid ediblər.
AFN xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı status yazıb:
“Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.
Deputat Etibar Əliyev də həmkarının statusuna rəy yarazaq bunları bildirib:
“ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”.