Reabilitasiya mərkəzində döyülən azyaşlının anası: "Camaatın balasını öldürməlisən?" - VİDEO


Bir neçə gün əvvəl sosial şəbəkələrdə "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılmışdı.



AFN xəbər verir ki, uşağı döyülən analardan biri Səbinə Qasımova prodüser Tarix Əliyevin "Ümid ilə gəl" verilişinə qonaq olub. O, canlı yayımda bəzi açıqlamalar edib. Səbinə xanım bir çox valideynin ona dəstək olmadıqlarını bildirib:

"İnstaqramda bəzi valideynlər yazırlar ki, Osmanın başını yerə çırpıblar. Onun anası qalıb kənarda, sən qabağa düşmüsən. Sənə nə olub? Mən bütün valideynlərin adından danışıram. Efirə çıxmırsınızsa, heç olmasa zəng edib deyin ki, biz o valideynlərə dəstəyik. Mənim Osmana yazığım gəlir. Cahid tam danışa bilməsə də, sözləri tam deyə bilir. Osmanı şöbədə görəndə əlim-ayağım əsdi. Aytac Kazımlı özünü müdafiə etmək üçün Aytac deyir ki "Şok vəziyyətində olmuşam". Beləsən deyə camaatın balasını öldürməlisən?".

Xatırladaq ki, "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlıların döyülməsinə görə araşdırmalar aparılıb. Nəticədə reabilitasiya mərkəzinin sahibəsi Nuranə Hacızadə, o cümlədən görüntülərdə uşağa işgəncə verən Aytac Kazımlı və Səbinə Əliyarbəyli də saxlanılıblar.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu