Zabux kəndinin sakini doğma yurda qayıtmağa hazırlaşır


Laçın rayonunun Zabux kəndinin sakini Hüseynov Tahir Sabir oğlu 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.


O, həyatını yenidən bu kənddə yaşamaq, ata-baba ənənələrini davam etdirmək arzusundadır. “Zabuxun əvvəlki gözəlliyini qaytaracağıq,” – deyir.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu