Sus kəndinin sakini: “O gözəl yerləri bərpa edəcəyik”
Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Sus kəndinin sakini Vaqif Həsənov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.
İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər kənddən çıxarıldıqdan sonra laçınlı ağsaqqal qayıdıb orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir. Vaqif kişi deyir: “Ermənilər Laçını işğal edəndə də yandırıblar, indi tərk edəndə də yandırırlar. Amma biz o gözəl yerləri bərpa edəcəyik”.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
Video link: