Zabux sakinləri 30 il əvvəl tərk etdiyi doğma yurduna qayıtmağa hazırlaşır -


Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.


Zabuxa qayıdanda birinci dizini yerə qoyub torpaqdan öpərəm deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir. Elburus Əsədov deyir: “İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyir ki, biz 30 ildir burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100,110 il yaşayan azərbaycanlılar haradadır?!”
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu