Ordumuzun hərbçisi "CİP"i aşırdı: ölən var


Şamaxıda avtomobil aşıb.



Lent.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə kəndindən keçən hissəsində baş verib. Silahlı Qüvvələrin kiçik çavuşu (MAXE), Tovuz rayon sakini 31 yaşlı Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai Santa Fe" markalı maşını aşırıb.

Nəticədə onun sərnişini 41 yaşlı Abdullayev Rauf Ramiz oğlu yerindəcə keçinib, digər sərnişinlər 40 yaşlı Abdullayeva Pərvanə İskəndər qızı və 49 yaşlı Yusifova Könül Absqulu yaralanıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu