BDU-nun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.


BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüşdə çıxış edən Elçin Babayev 2021-2022-ci tədris ilində Universitetdə tədris və elm istiqamətində həyata keçirilən işlər, yeniliklər, yay imtahan sessiyasının yekunları barədə məlumat verib.
Bildirib ki, hazırda Universitetdə tədris tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir, struktur islahatları həyata keçirilir, gənc kadrlar irəli çəkilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili diplom proqramları həyata keçirilir.
Görüşdə BDU-nun qarşısında duran vəzifələrin səmərəli icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İctimai Nəzarət Şurasının sədri, millət vəkili Arzu Nağıyev və şuranın üzvləri - millət vəkili Əminə Ağazadə, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə BDU-da tədris prosesinin, elmi fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini bölüşüblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu