AQTA: "Şabrandakı bağçada uşaqların qidalanması ilə bağlı məsələ nəzarətə götürülüb" - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkədə yayılan Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı məsələni nəzarətə götürüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı müvafiq tədbir görüləcək.
Xatırladaq ki, Təhsil Nazirliyi də məsələnin araşdırıldığını və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan etmişdi.