Azərbaycanda polis özünü güllələyərək öldürüb
![](/uploads/posts/2022-05/1652438886_polisafn.jpg)
Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
AFN.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.