Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar var


Rusiyanın Xabarovsk diyarının Amur vilayətində, hərbi hissələrin birində partlayış baş verib.


Hadisə vilayətin Teysin qəsəbəsində yerləşən hərbi hissədə olub.

Bir nəfərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Partlayışın hərbi sursatla ehtiyatsız davranılması nəticəsində meydana gəldiyi ehtimal olunur.

Mənbə: TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu