Türkmənistan prezidenti korrupsiya ilə mübarizəni gücləndirməyi tapşırıb


Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov korrupsiya ilə mübarizəni gücləndirmək məqsədilə güc qurumlarının rəhbərlərinə milli qanunvericiliyə əlavə və dəyişikliklər etməyi tapşırıb.


"AzərTAC" Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bundan sonra korrupsionerlərin müsadirə ediləcək qanunsuz gəlirləri sosial obyektlərin tikintisinə yönəldiləcək.

Respublika başçısının tapşırığı Dövlət Təhlükəsizlik Şurasının güc qurumlarının dörd aylıq fəaliyyətinin yekunlarına həsr olunan iclasında səsləndirilib. Buna Baş prokurorun Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyində müəyyən edilən bir sıra korrupsiya sxemləri barədə məruzəsi səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu