Batmış "Moskva" kreyserində iki nüvə başlığı ola bilər" - Andrey Klimenko


"Batmış Rusiya kreyserinin göyərtəsində iki nüvə başlığı ola bilər".


"Украинская Правда" xəbər verir ki, bu iddia ilə Qara Dəniz Strateji Tədqiqatlar İnstitutunun layihə rəhbəri Andrey Klimenko çıxış edib.

"Ekspertlər deyirlər ki, "Moskva" raket buraxılış qurğusunun göyərtəsində qanadlı raketlər üçün 2 nüvə başlığı var. Bəlkə də bu çoxları üçün xəbərdir, amma doğrudur, bu, nüvə silahı daşıyan gəmidir", -Klimenko deyib.

"Bu döyüş başlıqları haradadır? Sursat partlayanda onlar harada idilər? Xəritədə nöqtə haradadır? Koordinatlar haradadır? - Bunlar BMT Təhlükəsizlik Şurasının, MAQATE-nin səlahiyyətləridir... Qara dənizin sahilyanı dövlətləri - Türkiyə, Rumıniya, Bolqarıstan, Gürcüstan dərhal buna qoşulmalıdır", - layihə rəhbəri bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu