Ukraynalı məcburi köçkünlərin sayı açıqlandı
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsi müharibə səbəbindən evlərini tərk edən ukraynalıların sayını açıqlayıb.
Təxminən 7,1 milyon ukraynalı məcburi köçkün olub və bununla da ölkə daxilində və xaricə köçənlərin ümumi sayı 11,4 milyon nəfərə çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, təsirə məruz qalan insanların ən təcili ehtiyacları pul, dərman və tibbi xidmətlərdir.
Aprelin 6-na BMT agentlikləri və humanitar tərəfdaşlar Ukrayna üzrə 68 min insana təxminən 15,4 milyon dollar pul yardımı göstəriblər (adambaşına orta hesabla təxminən 226 dollar).
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) aprelin 6-na olan məlumatına görə, Ukrayna hökumətinin tələb etdiyi əsas məhsulların 50%-i çatdırılıb ki, bu da 100 minə yaxın insanın ehtiyaclarını ödəyir.