Avropa İttifaqı Ukraynaya hərbi yardımını artırır


Avropa İttifaqı Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq.


Bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında məlumat verib.

Prezident qeyd edib ki, Avropa İttifaqı qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin təklifi ilə Avropa Sülh Fondundan daha 500 milyon avro ayırmağı planlaşdırır.

"Tezliklə təsdiqləndikdən sonra Ukraynaya hərbi texnika üçün Aİ-nin verdiyi dəstək 1,5 milyarda çatdıracaq", deyə Mişel əlavə edib.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu