Rauf profilini bağladı, anası təkzib yaydı


Şahmat üzrə Azərbaycan millisinin üzvü Rauf Məmmədovun bir neçə saat öncə feysbuk hesabında açıqlama yayaraq FİDE-nin bayrağı altındakı bütün yarışlardan imtina etdiyi haqda xəbər vermişdik.


“Qafqazinfo”nun məlumatına görə, həmin paylaşımdan bir neçə saat sonra qrossmeysterin feysbuk hesabı bloklanıb. Artıq axtarış zamanı onun hesabını görmək mümkün deyil.

Şahmatçının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva isə Sport24.az saytı ilə əlaqə saxlayaraq Raufun millidəki çıxışını davam etdirəcəyini bildirib: "Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu