Britaniya kəşfiyyatı Mariupoldakı son vəziyyəti açıqlayıb


“Mühasirəyə alınmış Mariupol şəhərində şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edir”.


“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Şəhərdə humanitar vəziyyət getdikcə pisləşir. Yerdə qalan 160 min sakinin əksəriyyətinin işığı, rabitəsi, dərmanı, istiliyi və suyu yoxdur. Rusiya qüvvələri humanitar yardımın qarşısını almaqla, ehtimal ki, müdafiəçilərə təslim olmağa təzyiq göstərirlər”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Ukraynanın 430 min əhalisi olan Mariupol şəhəri martın 1-dən bəri Rusiya Silahlı Qüvvələrinin mühasirəsi altınadadır. İşğalçı qüvvələr şəhərə sıza bilsə də, yaşayış məntəqəsinə nəzarəti tam ələ keçirməyə nail olmayıblar. Şəhərin müdafiəsində əsas qüvvə Ukraynanın “Azov” alayıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu