Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
Bildirilib ki, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.