Rusiyanın İT sektorunda çalışan gənclər hərbidən azad oldu - sanksiyalardan qorunma cəhdi


Rusiya sanksiyaların təsirini azaltmaq üçün ciddi tədbirlərə başlayıb. Belə ki, ölkənin İT sektorunda çalışan gənclər hərbidən azad edilib.


AFN.az xəbər verir ki, qlobal İT şirkətlərin Rusiya bazarından çəkilməsi bu ölkəni ciddi sınaq qarşısında qoyub. Son illərdə Rusiyada İT sahəsində idxaldan asılılığı azaltmaq üçün kompleks işlərə başlansa da, hələlik bu proseslər başa çatmamışdı. Güman ki, qərb ölkələri də bilirdilər ki, yaxın bir neçə ilə ruslar İT bazarda yerli məhsulun xüsusi çəkisini artıra biləcəkdilər. Rusiyanın xarici, qlobal İT şirkətlərlə birgə böyük layihələri vardı. Amma Rusiyanın mövcud İT infrastrukturu hələlik xaricdən əhəmiyyətli dərəcədə asılıdır. Asılı olduğu nəhəng İT şirkətlər artıq bu bazardan çıxacaqlarını rəsmi olaraq bildiriblər. Prosesi şərh edən İT məsələləri üzrə mütəxəssis Osman Gündüzün sözlərinə görə, minlərlə işçisi olan, bütün Rusiya boyu nəhəng infrastrukturu ola , 30-40 il bu bazarda şalışan şirkətlər bir anda bu ölkədən üz çeviriblər: "Yüz minlərlə Rusiyalı İT mütəxəssisi yaxın perspektivdə işini itirmək təhlükəsi ilə üzləşib. Görünür ki, rus hökuməti də İT bazarı , xüsusilə də İT kadrları itirəcəyini göz altında alıb.
Xatırlayıram ki, bizim İT kadrlar da, devalvasiyadan sonra kütləvi olaraq xaricə köçmüşdülər. İndi Rusiyanın İT mühiti, Rusiya startap ekosistemi çöküşdən yayınmaq üçün baş sındırır. Hiss olunurdu ki, Rusiyada İT sektorun gəncləri, İT şirkətlər kütləvi olaraq xaricə köçmək üçün yollar axtarırlar.
Belə bir anda Rusiya Prezidenti Putin təcili olaraq "İT-nin sürətli inkişafının təmin edilməsi" haqqında 02 mart 2022-ci il tarixli fərman imzalayıb.
Fərman əsasında Rusiya hökumətinə tapşırıqlar verilib ki, İT sektora qrantlar, güzəştli kreditlər, vergidən azad edilmək, valyuta sərbəstliyi vermək haqqında təcili normalar hazırlansın. İT sektorda işləyənlərin mənzil şəraitinin yaxşılaşdırılması, əmək haqqının yüksəldilməsi də sənəddə öz əksini tapıb.
Ən maraqlı məqam odur ki, bu fərman əsasında İT sektorda işləyən gənclər 27 yaşa çatanadək hərbi xidmətdən azad edilib. İT sektor üçün 2024-cü ilədək gəlir gergisi sıfırlanıb. Bir daha bildirmək istərdim ki, bu fərman yaxın perspektivdə ciddi çöküş yaşayacaq Rusiya İT sektorunu xilas etməyə yönəlib. Əgər işləsə, əhəmiyyətli sənəddir. Amma sanksiyaların, Rusiyaya qarşı yönələn qlobal və total texnoloji basqıların radiusu və gücü o qədər genişdir ki, xarici bazardan asılı olan İT sektorun asanlıqla tab gətirəcəyi inandırıcı görsənmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu