Rusiya Mərkəzi Bankı: Ölkəyə qarşı sanksiyalar 2026-cı ilə qədər davam edəcək


Rusiya Mərkəzi Bankı 2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyini və Rusiyaya qarşı sanksiyaların davam edəcəyini proqnozlaşdırıb.


Qurumun 2024-2026-cı illəri əhatə edən baza ssenarisinə əsasən, ölkə iqtisadiyyatı hər il 1,5-2,5 faiz balanslaşdırılmış artıma nail olacaq.

Qloballaşmanın azalması ilə əlaqədar neft qiymətlərində azalma olacağını xatırladan hesabatda Rusiyanın Ural neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı da bildirilib.

Geosiyasi şərtlərin əhəmiyyətli dərəcədə dəyişməyəcəyi proqnozunun yer aldığı hesabatda "Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar proqnozların bütün müddəti ərzində qüvvədə qalacaq. Rusiya ixrac məhsulları qlobal bazarda endirimlə satılmağa davam edəcək" - deyə bildirilir.

Qlobal iqtisadiyyat üçün iki mümkün ssenarinin yer aldığı hesabatda birinci ssenaridə qlobal iqtisadiyyatda ayrılma prosesinin sürətlənə biləcəyi və Rusiyaya təzyiqin daha da artacağı proqnozlaşdırılıb.

Hesabatdakı ikinci ssenariyə görə, qlobal maliyyə sektorunda vəziyyət pisləşəcək və 2007-2008-ci illərin iqtisadi böhranı ilə müqayisə oluna biləcək qlobal maliyyə böhranına səbəb olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu