BƏƏ Ukrayna ilə vizasız gediş-gəlişi dayandırıb


Martın 1-dən Birləşmiş Ərəb Əmirlikləri Ukrayna ilə vizasız gediş-gəlişi müvəqqəti olaraq dayandırır.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Bu gündən xaricə səyahət etmək üçün Ukrayna vətəndaşları BƏƏ-yə səfər etmək üçün müvafiq viza almalıdırlar. Eyni zamanda, Anlaşma Memorandumunun müvəqqəti dayandırılması artıq BƏƏ ərazisində olan Ukrayna vətəndaşlarına şamil edilmir.

“BƏƏ-yə turizm məqsədi ilə gələn və Rusiya Federasiyasının silahlı təcavüzünün başlaması ilə əlaqədar Ukraynaya qayıda bilməyən Ukrayna vətəndaşları ilə bağlı səfirlik əlavə məlumat verəcək”, - məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu