FIFA Rusiya yığmalarını beynəlxalq yarışlardan kənarlaşdırır

FIFA Rusiya yığmalarını müvəqqəti olaraq beynəlxalq yarışlardan kənarlaşdırmaq istəyir.
Bu barədə "Reuters" xəbər yayıb.
Bildirilib ki, ali futbol qurumu bu istiqamətdə UEFA ilə danışıqlara başlayıb.
Mümkün diskvalifikasiya qərarı həm kişilər, həm də qadınlardan ibarət bütün yığmalara şamil olunacaq.