“Azəriqaz”ın itkin düşən işçisini qardaşı öldürübmüş -


Masallı rayonunda 39 yaşlı kişi qardaşını öldürüb.


Baş Prokurorluqdan AFN.az-a bildirilib ki, yanvarın 5-də Ərkivan qəsəbə sakini İlqar Cəbiyev qardaşı, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə müraciət edib.

İstintaq zamanı itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürülməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb. Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qalib Cəbiyevin ailə üzvləri "Qafqazinfo"ya müraciət edərək onun "Azəriqaz"ın əməkdaşı olduğunu, iş üçün Bakıya getdiyini bildirmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu